Abşeron rayonunun Novxanı kəndində dənizdə batdığı ehtimal edilən bir nəfərin axtarışları başa çatıb. Abşeron rayonunun Novxanı kəndində dənizdə batdığı ehtimal edilən bir nəfərin axtarışları başa çatıb.

Dənizdə batan şəxsin meyiti tapıldı - Yenilənib

Abşeron rayonunun Novxanı kəndində dənizdə batdığı ehtimal edilən bir nəfərin axtarışları başa çatıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

***
18:40

Xəzər dənizində bir nəfərin batdığı ehtimal olunur.

AzNews.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Abşeron rayonunun Novxanı kəndində dənizdə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzNews.az