Xaçmaz rayonunda 62 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Xaçmaz rayonunda 62 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sərxoş piyadanı maşın vurdu

Xaçmaz rayonunda 62 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1956-cı il təvəllüdlü Telman Babayev yolu keçərkən onu avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

T.Babayevin yolu keçərkən sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.

AzNews.az