- Köhnə - Hadisə
- 5 Aprel 2013 10:55
- 2 149
Sabah hava necə olacaq?
Bakı və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 6-10, gündüz 16-21, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 6-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam ayrı-ayrı cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 27, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.
AzNews.az