İki əsgərimiz ciddi xəsarət alıb İki əsgərimiz ciddi xəsarət alıb

Tərtərdəki hərbi hissədə partlayış-Yenilənib

İki əsgərimiz ciddi xəsarət alıb




Ötən axşam Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, hərbi hissədə yemək bişirən iki əsgər yanıb. Hadisə yemək qazanının (kotyol) partlaması nəticəsində baş verib.

Yanan əsgərlərin vəziyyətinin ağır olduğu bildirilir. Onlar Sarıcalı hospitalında müalicə olunurlar.

***
14.04.2013, 20:50

Bu gün Tərtərdəki N saylı hərbi hissənin qazanxanasında partlayış olub. Partlayışa səbəb qazanxananın hələ də kustar üsulla işə salınması olub. Partlayış nəticəsində Azərbaycan ordsunun iki əgəri ciddi xəsarət alıb. Onlar dərhal Ağdamdakı Sarıcalı hərbi hospitalına çatdırılıb. Əsgərlərin vəziyyəti ağırdır. Məlumatda bildirilir ki, əsgərlərdən biri Balakən, digəri isə Füzuli hərbi komissarlığından hərbi xidmətə göndərilib.(azadliq.info)

AzNews.az