Arif Qəniyev azadlıqda

Azərbaycan İslam Partiyasının üzvü Arif Qəniyevin həbs müddəti başa çatıb və o, mayın 4-də azadlığa buraxılıb. Xəbəri "Azadlıq" radiosu yayıb.


Arif Qəniyev 2011-ci ilin avqustunda tutularaq odlu silah və narkotik vasitə saxlamada ittiham olunub, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2012-ci il iyunun 6-da Şirvan Şəhər Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılan Arif Qəniyev avqust ayında yenidən həbs olunub. Respublika Prokurorluğu 6 iyun qərarından apellyasiya şikayəti verib və Şirvan Apellyasiya Məhkəməsi həmin şikayəti təmin edib.

İslamçı Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.

AzNews.az