Nazirlik gənc fəalların saxlanılmasına aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi gənc fəalların saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya bildirib ki, Məcid Məcidli, Kənan Qasımov və Ülvi Həsənov ictimai qaydanı pozduqlarına və polisin qanuni tələbinə qəsdən tabe olmadıqlarına, habelə müqavimət göstərdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar.

O.Mansurzadə həmçinin qeyd edib ki, onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

AzNews.az