Suriya məsələsi Azərbaycan neftini sürətlə bahalaşdırır

ABŞ başda olmaqla, Qərb dövlətlərinin Suriyaya hərbi zərbə endirəcəyi yönündə xəbərlər Azərbaycan neftinin sürətlə bahalaşmasına səbəb olub.

Son 3 gün ərzində neftin 1 barelinin qiyməti 111, 485 dollardan dünən 116,07 dollara qalxıb, bu gün isə 115,17 dollara düşüb.

Başqa sözlə, dünya bazarlarında Azərbaycan neftinin qiyməti 3 faizdən çox artıb. Əgər Suriyaya hərbi zərbə endirələrsə, mütəxəssislər neftin qiymətinin 150 dollara yüksələcəyini proqnozlaşdırırlar.

AzNews.az