İqbal Ağazadənin daha bir müavini istefa verdi; Partiya parçalanır

"Ümid" Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin sədr müavini Ruslan İzzətli istefa verib. O, bu barədə məlumatı özünün facebook səhifəsində yazıb.

AzNews.az həmin statusu təqdim edir:
"Ümid Partiyasının seçkiyə verdiyi qiymətə görə Partiyadan İSTEFA verirəm. Biz gənclər hər zaman demokratiyanın, insan haqlarının yanında olmuşuq. "Ümid Partiyasının seçki açıqlaması isə demokratiya və xalqın qərarına qarşıdır. Ümid Partiyasında olan dostlarıma bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm".

Xatırladaq ki, bir neçə saat öncə İqbal Ağazadənin başqa bir müavini - Aynur İmranova da istefa verib.

AzNews.az