Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verdi


"Qafqazinfo" Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhəri, Keçid küçəsində, N saylı hərbi hissənin yataqxanasının arxasında ağır yol qəzası baş verib. Gəlin korteji ilə Samuxdan Gəncəyə gələn "VAZ 2107" markalı avtomobil "VAZ 2106" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "VAZ 2106" əks tərəfdən gələn KAMAZ-ın qarşısına düşüb.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb VAZ 2107-nin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində VAZ 2106-nın sürücüsü - polis əməkdaşı 34 yaşlı Rəşad Mustafayev ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

AzNews.az