- Köhnə - Hadisə
- 21 Oktyabr 2013 11:20
- 3 679
Paytaxtda yeni piyada keçidləri tikilir
Artıq bununla əlaqədar inşaat işlərinə start verilib. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, piyadaların rahatlığını təmin etmək üçün Dərnəgül şosesi üzərindən 4 yerdə yerüstü keçidlər tikiləcək: "Hazırda burada bünövrələrin qazılması işləri aparılır. Yerüstü piyada keçidlərinin tikinti işlərinin 2014-cü ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılır".
Qeyd edək ki, yerüstü keçidlərdən biri Z.Bünyadov prospekti,118 ünvanında ("Hyundai" avtoservisi qarşısında), ikincisi Z. Bünyadov prospekti, 3023-cü məhəllə ünvanında ("Azpetrol" YDM yaxınlığında), üçüncüsü Ələsgər Qayıbov küçəsi ilə Z.Bünyadov prospektinin kəsişməsində, dördüncüsü isə Aşqarlar Universiteti yaxınlığında inşa olunacaq.
AzNews.az