Kamran Ağayev və Mario Rubio əməliyyat olundu

Azərbaycanın futbol üzrə yığma komandasının və "Bakı" futbol klubunun qapçısı Kamran Ağayev cərrahi əməliyyat olunub.

"Bakı" futbol klubunun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, klubun qapıçısı Kamran Ağayev dizində mensk yırtığının əmələ gəlməsi səbəbindən cərrahi əməliyyat olunub. Oktyarın 22-də Türkiyəyə yollanan K. Ağayev ötən gün "Acıbadem Fulya Xəstəxanası İdman Sağlamlıq Mərkəzi"ndə əməliyyat olunub.

Xəstəxananın İdman Sağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya həkimi professor Ömer Taşer tərəfindən reallaşdırılan əməliyyatda futbolçunun yırtıq menskləri kəsilərək götürülüb. Futbolçunun 1 ay oyunlardan uzaq qalacağı bəlli olub.

Bundan başqa xeyli vaxtdı ambulator müalicə alan komandamızın daha bir futbolçusu Mario Rubio da eyni xəstəxanada cərrah masasına uzanmalı olub. Əməliyyata isə Ümit Sekmen rəhbərlik edib. İspaniyalı futbolçuya ikitərəfli qasıq yırtığı diaqnozu qoyulub. Əməliyyatdan sonra fiziki bərpa prosesi keçəcək yarımmüdafiəçinin 6 həftə sonra yaşıl meydana dönməsi gözlənilir.

AzNews.az