- Köhnə - Hadisə
- 31 Oktyabr 2013 12:17
- 2 692
Rusiya vətəndaşı Azərbaycanda qəza törətdi
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Cəlilabad rayonu Göytəpə şəhərində qeydə alınıb.
Rayon sakini Himayət Bədəlovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Rusiya Federasiyası vətəndaşı Şamil Maqomedovun idarə etdiyi "Volvo" markalı avtomaşınla toqquşub. Nəticədə H.Bədəlov aldığı xəsarətdən hadisə yerində ölüb, xəsarət almış sərnişinləri Tapdıq Rəhimov və Rizvan Nəsirov isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az