- Köhnə - Hadisə
- 6 Noyabr 2013 16:02
- 3 180
Bərdədə mikroavtobus qəzaya uğradı: yaralılar var
Bu gün Bərdədə baş verən yol qəzası 3 nəfərin xəsarət alması ilə nəticələnib. Anspress verdiyi məlumata görə, Bərdə-Yevlax yolunda, Bərdənin Cəyirli kəndindən keçən hissəsində 1 saylı marşrutla işləyən mikroavtobus yolun kənarında dayanan "VAZ-2107" markalı minik avtomobilini arxadan vurub.
Qəza nəticəsində minik avtomobilində olan 3 sərnişin xəsarət alıb. Yüngül xəsarət alan sərnişinlərdən biri eninə göndərilsə də, daha 2 sərnişin Səxavət Sədirxanov və Roza Sədirxanova xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti qənaətbəxşdir.
Qəza ilə bağlı Bərdə polisi araşdırma aparır.
AzNews.az