Tutulmaları üçün müvafiq tədbirlər görülür Tutulmaları üçün müvafiq tədbirlər görülür

Xəstəxanadan qaçan ruhi xəstələrlə bağlı Rəsmi məlumat

Tutulmaları üçün müvafiq tədbirlər görülür




Daxili İşlər Nazirliyi Bakıda ruhi xəstələrin xəstəxanadan qaçması ilə bağlı rəsmi məlumat yayıb.


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.

Onların tutulması üçün müvafiq tədbirlər görülür.

AzNews.az