İnternat məktəbinin yataqxanasında yanğın

Sumqayıtda internat məktəbinin yataqxanasının anbarında yanğın olub.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 25-də saat 16.45 radələrində Sumqayıt şəhərindəki 1 saylı İnternat Məktəbinin yataqxanasının 1-ci mərtəbəsində yerləşən anbarda yanğın baş verib.

Bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

Yanğını törətmiş, həmin yataqxanada yaşayan Qubadlı rayon sakini Əfqan Əhmədov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

AzNews.az