- Köhnə - Hadisə
- 6 Dekabr 2013 09:01
- 1 370
Avtomobil ağaca çırpıldı; bir ailənin 4 üzvü yaralandı

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin "112 - qaynar xətt"inə daxil olmuş məlumata əsasən, Quba rayonu, Cağacıq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus "Mitsubishi" markalı minik avtomobili yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə avtomobilin sürücüsü sol ayağından xəsarət alıb, yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
Avtomobildə olan sürücünün həyat yoldaşı və 2 övladı müxtəlif bədən xəsarətləri ilə əhali tərəfindən Quba rayon Mərkəzi xəstəxanasına aparılıb.
Əməliyyat saat 02:34-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzNews.az