“KamAZ”ın altında qalan qadın ölüb

Bakıda 43 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Biləcəri qəsəbəsində, bazarın qarşısında qeydə alınıb. "KamAZ" markalı avtomobil arxaya hərəkət edərkən 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Pərvanə Süleymanovanı vurub. P. Süleymanova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


AzNews.az