235 müəllim işə qəbul olundu

İbtidai sinif müəllimlərinin imtahanı isə bu gündən başlanılıb



Azərbaycanda ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş ingilis dili imtahanının nəticələri açıqlanıb.Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, avqustun 6-10-da keçirilən imtahanların nəticələrinə görə, 235 nəfər ingilis dili müəllimi işə qəbul edilib.

Onu qeyd edək ki, bu gündən ibtidai sinif müəllimlərinin imtahanına başlanılıb. Avqustun 18-dək davam edəcək bu imtahanda 3764 nəfər namizəd 143 vakant yer üzrə biliyini sınayacaq.

İlkin
AzNews.az