- Köhnə - Hadisə
- 21 Yanvar 2014 16:58
- 2 671
Cəlilabadda qeyri-adi hadisə - Foto
![](https://www.aznews.az/storage/photos/qara yumurta oymadf.jpg)
AzNews.az-ın Cənub TV-yə istinadən verdiyi məlumata görə, təsərrüfat sahibi qara yumurtanı görəndə gözlərinə inanmadığını deyir. Bir neçə gündən sonra hinə baxdıqda ördəyin yumurtladığı yumurtaların rənginin yenə də qara rəngdə olduğunu görüb. Maraqlısı odur ki, qara yumurtalardan birini sındırıb içinə baxan M.Paşayev onun mayasının da qara olduğunu deyir.
Hazırda isə təsərrüfat sahibi bu yumurtalardan çıxacaq ördək balarının sağlam olub-olmayacağını görmək üçün ördəyin yumurtalarını toplamağa başlayıb.
Mütəxəssislər isə quşlardakı belə halların baş verməsinin onların qidalanması ilə bağlı ola biləcəyini hesab edirlər.
AzNews.az