Bir sutkada 180 nəfər xəstəxanaya yerləşdirildi- Bakıda


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası son sutka ərzində daxil olan müraciətlərin sayını açıqlayıb.

Stansiyanın operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın AzNews.az-a verdiyi məlumata görə, yanvarın 31-i saat 09:00-dan fevralın 1-i saat 09:00-dək Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1600 müraciət daxil olub.

Müraciət edənlərdən 180 nəfəri xəstəxanaya yerləşdirilib. Z. Vahidova deyib ki, havanın qarlı-şaxtalı olması ilə əlaqədar sürüşmə, avtomobil qəzalarının sayı çox olmayıb:

"Ümumilikdə 4 avtomobil qəzası ilə bağlı Stansiyaya müraciət edilib və nəticədə 9 nəfər xəsarət alıb. Onlardan da 7 nəfəri xəstəxanaya çatdırılıb. Bundan əlavə həkimlər tərəfindən 120 nəfərə telefonla məsələhətlər verilib. Həkimlər tərəfindən əsasən baş, oynaq və digər yüngül dərəcəli ağrıların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib".

Amid
AzNews.az