- Köhnə - Hadisə
- 10 Fevral 2014 15:27
- 4 977
ANS AzNews.az-ı yenə məhkəməylə hədələdi - Foto
.jpg)
Telekanalın İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş müşaviri Mais Məmmədov deyib ki, xəbər həqiqəti əks etdirmir:
"O xəbəri sizə Günel verib, biz də məhkəməyə verəcəyik. Qoy sübut eləsin ki, düzdür. Bunu siz veribsizsə, sizi də məhkəməyə verəcəyik".
Onun sözlərinə görə, ANS telekanalının heç bir məntəqə və bürosu bağlanmayıb: "Heç bir müxbir məntəqə və bürosu bağlanmayıb. Haradan götürübsünüz bu məlumatı? O, açıqlama versə ki, mən erməni "şipionuyam" onu da verəcəksiniz".
Qeyd edək ki, ANS telekanalının Göyçay bürosunun müxbiri Günel İsayeva işdən çıxarılması ilə bağlı açıqlama verib. Həmin açıqlamanı Buradan oxuya bilərsiz.
Onu da bildirək ki, jurnalist işdən çıxarılması barədə öz facebook hesabında da məlumat verib.

Bahar Rüstəmli
AzNews.az