Bakıda sərnişin avtobusu qəza törətdi: yaralı var

Bakının Suraxanı rayonunda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.


Anspress-in verdiyi xəbərə görə, qəza Yeni Günəşli yaşayış massivində iki minik maşını və sərnişin avtobusunun toqquşması nəticəsində baş verib.

Qəza zamanı avtobusda sərnişin olduğu və onlardan xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və Föqəladə Hallar Nazirliyi müvafiq xilasetmə qüvvələrinin xilasediciləri cəlb olunub.

Suraxanı rayonu polis bölməsindən verilən məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı dərhal xəstəxanaya çatfırılıb.

Qeyd edək ki, qəza nəticəsində Yeni Günəşli ərazisində dəhşətli tıxac yaranıb.

AzNews.az