- Köhnə - Hadisə
- 20 Fevral 2014 19:29
- 4 394
Qaxda fındıq bağı yanğıb

Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, naməlum səbəbdən rayonun Qaşqaçay kənd inzibati ərazisində kənd sakinlərinə məxsus 100 hektarlıq fındıq bağında yanğın qeydə alınıb.
Hadisə yerinə FHN-nin Qax rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının fındıq kollarına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 2 hektarlıq ərazidə kol-kos və bir-neçə fındıq kolu yanıb.
Faktla bağlı FHN-nin Qax rayon DYMX-də araşdırma aparılır.
AzNews.az