“Telefon terrorçusu“ MTN-i ayağa qaldırdı- Bakıda

Fevralın 20-də saat 07 radələrində naməlum şəxs Yasamal rayonu Azərbaycan prospektindəki taksofondan DİN-in "102" Zəng Mərkəzinə zəng edərək "Nizamidə bomba var" deyib dəstəyi asıb.

AzNews.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal RPİ 26-cı PB və MTN-in Yasamal Rayon İdarəsi əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Aparılmış araşdırmalarla məlumatın Bakı şəhər sakini, ruhi xəstə Eldəniz Balayev tərəfindən verilməsi müəyyən edilib və o, saxlanılıb.

AzNews.az