Aslan Aslanov tədbirdə gülməli duruma düşdü- Yenilənib

Bu gün kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov iştirak etdiyi tədbirdə çıxılmaz vəziyyətlə qarşılaşıb.

AzNews.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı faciəsi ilə bağlı Atatürk Mərkəzində keçirdiyi tədbir zamanı sabiq nazir müavini oturduğu hərəkətli qoltuq aşıb. Nəticədə A. Aslanov da qoltuqla bərabər arxası üstə yıxılıb. Şahidlərin dediyinə görə, buna səbəb onun bu qoltuqda davamlı hərəkət etməsi olub. Yıxılan Aslan Aslanov jurnalistlərin köməkliyi ilə ayağa qaldırılıb.(12.34)

***
Aslan Aslanov baş vermiş hadisə ilə bağlı "Qafqazinfo"ya açıqlama verib.

Sabiq nazir müavini deyib ki, tədbirdə gözlənilmədən kreslonun qıçı sınıb: "Başqasını gətirdilər oturdum".



AzNews.az