Bakıda 41 yaşlı kişi intihara cəhd etdi

Dünən saat 11:00 radələrində Bakıda intihara cəhd qeydə alınıb.

Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşayan 41 yaşlı Rövşən Qurbanov yaşadığı evdə sirkə turşusu içərək özünə qəsd edib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) hadisə ilə bağlı AzNews.az-a bildirilib ki, bu barədə kişinin yaxınları tərəfindən müraciət olunub. Orta yaşlı kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, kişinin özünə qəsd etməsinin səbəbi hələlik bilinmir.

Hazırda rayonun 15-ci polis bölməsi hadisənin baş vermə səbəblərini araşdırır.

Amid
AzNews