O, hospitala təxliyə olunarkən dünyasını dəyişib O, hospitala təxliyə olunarkən dünyasını dəyişib

Ordumuz daha bir əsgərini itirdi

O, hospitala təxliyə olunarkən dünyasını dəyişib



Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "N" saylı hərbi hissənin əsgəri Elvin Rüsxət oğlu Bəzirli təhlükəsizlik qaydalarının pozulması nəticəsində avtomat silahdan açılan atəş nəticəsində yaralanıb.

Əsgər ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə olunarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az