- Köhnə - Hadisə
- 30 Aprel 2014 10:58
- 3 991
Vergilər Nazirliyindən nurçularla bağlı daha bir AÇIQLAMA
Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumatda bildirib ki, 2013-cü ilin oktyabr-noyabr aylarında "Çağ-Araz" MMC-də növbəti səyyar vergi yoxlaması həyata keçirilib. Yoxlamanın nəticələri aktlaşdırılaraq vergi ödəyicisinə qanunvericiliyin pozulmasına görə, məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılıb: "Məhkəmə mübahisəsinin predmeti şirkətin ali məktəblərə hazırlıq kurslarının təşkilindən əldə etdiyi gəlirlərindən vergilərin hesablanması ilə bağlıdır. Vergi ödəyicilərinin razı olmadığı hallarda vergi orqanlarının qərarından məhkəməyə şikayət vermək hüququ vardır və hazırda bu məsələ ilə bağlı hüquqi müstəvidə mübahisələndirmə prosesi davam edir".
Amid
AzNews.az