- Köhnə - Hadisə
- 30 Sentyabr 2014 11:16
- 3 474
Bakıda itən məktəblilər tapıldı

Bakıda itən məktəblilərin taleyinə aydınlıq gətirilib.
Onların oxuduğu məktəbdən milli.az-a bildiriblər ki, şagirdlər artıq tapılıb. Onlar yolu azaraq başqa yerə gediblərmiş.
Aznews.az xəbər verir ki, bir neçə saat öncə Bakı şəhərində iki məktəblinin yoxa çıxması haqda xəbər yayılmışdı. Xəbərdə deyilirdi ki, Xətai rayonu ərazisində yerləşən Zakir Əhmədov adına 64 saylı orta məktəbin 4-cü sinif şagirdləri, 9 yaşlı Aysu Həsənova və onun xalası oğlu İlqar Bağırov dərsdən evə qayıtmayıblar.