- Köhnə - Hadisə
- 30 Sentyabr 2014 15:03
- 7 618
Oğlan sevdiyi qızı qaçırdı, polis isə evə qaytardı

Mingəçevirdə qız qaçırma hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, "Qafqazinfo"ya Rayon Polis Şöbəsindən verilən məlumata görə, şəhərin mərkəzi küçəsində adam oğurluğu baş verib. Rayon sakini 25 yaşlı Siyasət Məmmədov yolda zorla həmyerlisi 18 yaşlı Nigar Adıgözəlovanı qaçırıb. O, qızı sevirmiş və evlənmək məqsədi ilə qaçırdığını bildirib.
Polisin keçirdiyi əməliyyat nəticəsində qızın yeri müəyyənləşdirilərək ailəsinə qaytarılıb.
25 yaşlı Siyasət isə polisə təhvil verilib.