Bu gün Azərbaycanın 2 rayonunda ev yanıb. Bu gün Azərbaycanın 2 rayonunda ev yanıb.

Masallı və Qazaxda ev yandı

Bu gün Azərbaycanın 2 rayonunda ev yanıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı FHN yayıb.

İlk yanğın hadisəsi Masallı rayon mərkəzindən 10 km aralıda yerləşən Hüseynhacılı kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 10 kv.m sahədə yanıb.

İkinci yanğın isə Qazax şəhərində olub. Vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.