2 nəfərin həyatı təhlükədə 2 nəfərin həyatı təhlükədə

Qubada ağır yol qəzası

2 nəfərin həyatı təhlükədə



Quba rayonunda 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Quba şəhəri, H.Əliyev prospektində qeydə alınıb. 76 yaşlı Quba sakini Sədul Məcidovun idarə etdiyi VAZ-2109 markalı avtomobil, 36 yaşlı Bakı sakini Elzamin Abdiyevin idarə etdiyi VAZ-21015 markalı avtomaşınla toqquşub. Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alıb. Onlar dərhal Quba MRX-na çatdırılıblar. Xəstəxananın həkimi Sərraf Mahmudov hər iki sürücünün vəziyyətinin ağır olduğunu bildirib. Hadisə yerində işləyən DYPİ-nin müstəntiqi Elşən Mürsəliyevin AzNews.az-a verdiyi məlumata görə, qəza VAZ-21015 markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarına düzgün əməl etməməsi səbəbindən baş verib.

Bununla belə o, qəzaya düzgün hüquqi qiymətin təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra veriləcəyini bildirib.

Cəmil Məmmədli
AzNews.az