Balakəndə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Balakəndə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Avtomobil piyadanı vurdu - Balakəndə

Balakəndə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


AzNews.az xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə sentyabrın 18-i günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 137-ci kilometrliyində, Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini idarə etdiyi "Mercedes" markalı 62 BH 189 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən istiqamətində hərəkətdə olarkən qəfildən yolun hərəkət zolağına çıxaraq yolu keçmək istəyən piyadanı, Balakən rayonu Katex kənd sakini 1996-cı il təvəllüdlü Ana Hacıyov qızı Nəbiyevanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 19 yaşlı Ana Nəbiyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Zaqatala RMX-dan APA-ya bildirilib ki, Ana Nəbiyeva müxtəlif dərəcəli bədən xəsarətləri və travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.