Bakıda oğurluq hadisəsi baş verib. Bakıda oğurluq hadisəsi baş verib.

Vəzifəli şəxsin avtomobilinin şüşəsini sındırdılar - Bakıda

Bakıda oğurluq hadisəsi baş verib.


Yasamal rayon Araz küçəsi 2 ünvanının qarşısında Xətai rayon sakini Ələkbərzadə Əlövsət Mətləb oğlunun "Toyota Land Cruiser" markalı avtomobilindən 300 manat və bahalı telefon oğurlanıb. Yanvarın 20-də saat 12-dən 14:45 radələrinədək olan müddətdə naməlum şəxs və ya şəxslər avtomobilin sol arxa şüşəsini sındıraraq oğurluq əməlini gerçəkləşdiriblər. Ə.Ələkbərzadə hadisə ilə bağlı dərhal polisə müraciət edib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Ə.Ələkbərzadə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada aparıcı vəzifəsində çalışır.


Lent.az