Naxçıvanda qətl törədilib. Naxçıvanda qətl törədilib.

86 yaşlı qadın qətlə yetirildi - Naxçıvanda

Naxçıvanda qətl törədilib.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Kəngərli rayonunun Şahtaxtı kəndində qeydə alınıb. Kənd sakini, 1930-cu il təvəllüdlü Xavər Məmməd qızı Səfərovanın küt alətlə qətlə yetirilmiş meyiti yaşadığı evdə aşkar edilib.

Qətlin tamah məqsədi ilə törədildiyi ehtimal olunur.

Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

APA.az