Dünya çempionatını pulla alan-Qətər

Qətərin 2022-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnu pulla almasını faktlarla sübut edən material yayılıb.



Lent.az-ın məlumatına görə, bu barədə Avropanın nüfuzlu "France Football" jurnalının yeni sayında yazılıb.

Yazıda bildirilir ki, 2010-cu ilin noyabrın 23-də - Mundialın təşkilatçılığı ilə bağlı qərarın verilməsinə iki həftə qalmış Yelisey sarayında Fransanın ovaxtkı prezidenti Nikolya Sarkozi ilə Qətər şahzadəsi Tamim bin Hamad əl Tani və PSJ-nin sabiq sahibi Sebastyen Bazen arasında məxfi görüş keçirilib. Həmin görüşdə Sarkozi məsələnin həllində Qətərə kömək edəcəyini açıqlayıb.

Amerikalı mütəxəssislərin jurnal üçün hazırladığı 22 səhifəlik araşdırmadan məlum olur ki, Qətər tərəfi bu ölkəyə dəstək vermələri üçün dünya futbolunun ulduzları Zinəddin Zidan, Pep Qvardiola, Kristian Karambö və başqalarını pulla satın alıb. İddia edilir ki, konkret olaraq Zidana 11 milyon avro ödənilib.

"France Football" dərc etdiyi və etmədiyi sübutları FİFA-ya təqdim etməyə hazır olduğunu bəyan edib.


AzNews.az