Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” bu gün Londona yola düşür. Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” bu gün Londona yola düşür.

"Qarabağ" Londona yollanır

Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” bu gün Londona yola düşür.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 17.00-da komanda çarter reysi ilə İngiltərə paytaxına yola düşəcək.

"Qarabağ"la "Çelsi" arasındakı oyun sentyabrın 12-də keçiriləcək. Komandanın oyundan 1 gün öncəki son məşqini "zadəganlar"ın stadionunda - "Stemford Bric"də keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, əsas komanda ilə yanaşı klubun UEFA Gənclər Liqasında yarışacaq U-19 komanda da bu gün eyni təyyarə ilə Londona gedəcək. Onların bu yarışda debütü sentyabrın 12-də Londonda "Çelsi"dəki həmyaşıdlarına qarşı olacaq. Ancaq həmin matç günorta saatlarında - Bakı vaxtilə saat 14:05-də başlayacaq.