- Köhnə - İdman
- 18 Oktyabr 2017 09:46
- 8 396
Bu gün “Qarabağ” "Atletiko Madrid"lə qarşılaşacaq
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün “Qarabağ” - "Atletiko Madrid" oyunu baş tutacaq.
AzNews.az xəbər verir ki, oyun Bakı Olimpiya stadionunda 20:00-da start götürəcək.
Matçı fransalı hakimlər birqadası idarə edəcək.
Çempionlar Liqası
C qrupu, III tur
18 oktyabr
Baş hakim: Ruddi Buke
Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano
Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö
Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)
Qeyd edək ki, bu ispan klubunun Bakıya ikinci səfəridir. Dieqo Simeonin rəhbərlik etdiyi kollektiv 2013-cü ildə “Bakı” ilə Azərbaycanda yoldaşlıq oyunu keçirib və 3:0 hesabı ilə qalib gəlib.