- Köhnə - İdman
- 4 Fevral 2018 10:26
- 11 528
"Real Madrid" - "PSJ" oyununa biletlər cəmi 37 dəqiqəyə satıldı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid" və "PSJ" arasında keçiriləcək ilk matçın biletləri 37 dəqiqəyə satılıb.
AzNews.az Sports.ru-ya istinadən xəbər verir ki, hazırda biletlər yalnız müxtəlif proqramlarda ikinci əldən satılır. Məsələn, "StubHub"da qiymətlər 300 - 24080 avro arasında dəyişir.
Qeyd edək ki, "Real Madrid" - "PSJ" matçı fevralın 14-də "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. Cavab görüşü martın 6-nda "Park de Prens" də keçiriləcək.