Soçi olimpiadası üçün məşəl nə vaxt yandırılacaq?

Soçi olimpiadası üçün Yunanıstanda Olimp dağında Olimpiya məşəlinin alovlandırılması mərasimi 2013-cü il sentyabrın 29-da keçiriləcək.

Trend RBC NewsLine-a istinadən məlumat verir ki, bunu "Soçi-2014"-ün Təşkilat Komitəsinin prezidenti Dmitri Çernışenko deyib.

Onun sözlərinə görə, məşəl Moskvaya oktyabrın 6-da gətiriləcək.

D.Çernışenko əlavə edib ki, artıq sentyabrın 1-dən 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin repetisiyası başlayacaq.


AzNews.az