Ronaldo reklama çəkilir

REAL Madridin dünyaсa məşhur futbolçusu Cristiano Ronaldo, 2020 Olimpiya Oyunlarının İspaniyada təşkil edilməsi üçün hazırlanan reklamda çəkilib.

"Madrid 2020 Namizədlik Komitəsi" bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi Argentinanın paytaxtı Buenos Airesdə Olimpiya Oyunları 2020-yə ev sahibliyi edəcək şəhəri açıqlayana qədər Cristiano Ronaldo ekranlarda olacaq. Portuqaliyalı ulduzun çəkildiyi ilk reklam bu həftə yayımlanacaq.

Reklamda Ronaldonun, Madridin 2020 Olimpiya Oyunlarına ev sahibliyi edəcək ən yaxşı namizəd şəhər olduğuna işarə edilir. Madrid 2020 Namizədlik Komitəsi, Cristiano Ronaldon ilə birlikdə məşhur basketbolçu Pau Gasol və tennisçi Rafael Nadal ilə də çəkilişlər edir.

Əli Rais Hüseynli
AzNews.az