Azərbaycan şahmatçıları fasiləyə qalib kimi yollandılar

Şahmat üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli yığma komandaları İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Beşinci tur çərçivəsində kişilərdən ibarət komandamız Kanada millisi üzərində 3,5:0,5 hesabılə qələbə qazanıb. Qadın komandamıza gəlincə, Fikrət Sideyifzadənin yetirmələri eyni hesabla Monqolıstan yığmasını məğlub edib. Nəticədə kişi şahmatçılarımız İstanbulda 3-cü, qadınlardan ibarət komandamız isə 10-cu yerdə qərarlaşıblar.

Onu da nəzərinizə çatdıraq ki, sentyabrın 2-i Olimpiadada istirahət günü elan olunub. Növbəti turun oyunları ayın 3-də keçiriləcək və həmin gün kişilərdən ibarət komandamız Xorvatiya, qadın qrossmeysterlərimiz isə Ukrayna millisi ilə oynayacaq.

Emin Abbasov
AzNews.az