- Köhnə - İdman
- 24 Dekabr 2014 09:52
- 3 503
“Qarabağ”da 100-ə çatan ilk braziliyalı
Ağdamın “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda komandasının heyətində 100-cü matçını keçirib.
AzNews.az pfl.az-a istinadən xəbər verir ki, yubiley matçı Topaz Premyer Liqasının XVIII turunun "Sumqayıt"la qarşılaşmasına təsadüf edən 25 yaşlı yarımmüdafiəçi bu matçadək 99 görüşdə 23 qol vurmuşdu.
Nəticəsi ləğv olunan oyunlar nəzərə alınmamaqla, yubiley qarşılaşmasına çıxan Almeyda "Qarabağ"da 100 oyun keçirən ilk braziliyalı kimi tarixə düşdü. O, bu matçların 73-nü Premyer Liqa, 8-ni kubok, 19-nu avrokuboklarda keçirib.
2012/13 mövsümü
Çempionat – 30 (13)
Kubok – 4 (1)
2013/14 mövsümü
Çempionat – 28 (6)
Kubok - 3
Avropa Liqası – 7 (1)
2014/15 mövsümü
Çempionat – 15 (1)
Kubok – 1 (1)
Çempionlar Liqası - 4
Avropa Liqası - 8
Cəmi – 100 (23)
Çempionat – 73 (20)
Kubok – 8 (2)
Çempionlar Liqası - 4
Avropa Liqası – 15 (1)