- Köhnə - İdman
- 10 İyun 2015 15:34
- 3 297
Belçika voleybolçuları pley-off mərhələsinə çıxmaq istəyir
Belçikalı məşqçi Qert Vande Brukun başçılıq etdiyi qadın voleybol komandası Bakıda pley-off mərhələsinə çıxmağı qarşısına məqsəd qoyub.
AzNews.az baku2015.com-a istinadən xəbər verir ki, Vande Bruk ilk Avropa Oyunlarında "Sarı pələnglərin" elə ilk mərhələdə gözəl nəticələr göstərməsini istəyir.
Belçika Bakı 2015-də Azərbaycan, İtaliya, Türkiyə, Polşa və Rumıniya ilə birgə A qrupuna düşüb. Qrupdakı ilk dörd komanda ¼ finala yüksələcək.
Vande Bruk Belçika Xəbər Agentliyinə açıqlamasında onları çətin oyunlar gözlədiyini bildirib:
"Əgər biz raunda (pley-off) çatsaq, bu, uğur hesab ediləcək. Deməli, qrupda ən azı dördüncü yerə sahib olmalıyıq. Bu, heç də asan olmayacaq".
2013-cü ildə Avropa Çempionatında Belçika komandası yarımfinal mərhələsinə yüksəlib. Qadınlar bürünc medal uğrunda Serbiyanı məğlub etməklə, eləcə də, Avropa Voleybol Liqasının ikinci yerinə çıxmaqla tarix yazıblar.
Lakin Belçika 2014-cü ildəki Dünya Çempionatında yalnız 11-ci yerə çıxa bilib. də bitirməklə bir addım geridə qaldı. Komandanın Türkiyədə keçirilən sınaq yarışlarında da nəticələrin ürəkaçan olmayıb. Odur ki, Bakıda belçikalı qadınları çətin oyun gözləyir.