Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə Dünya Kuboku yarışlarına qələbə ilə başlayıb. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə Dünya Kuboku yarışlarına qələbə ilə başlayıb.

Məmmədyarov Dünya Kubokuna qələbə ilə başladı

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə Dünya Kuboku yarışlarına qələbə ilə başlayıb.


AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan şahmatçımız start görüşünün 31-ci gedişində iranlı Pouya İdanini məğlubiyyətə uğradıb.

Le Kuanq Lyem (Vyetnam) və Vasif Durarbəyli (Azərbaycan) sülh bağlayıblar. Heç-heçə 29-cu gedişdə qeydə alınıb.

Teymur Rəcəbov – Samuel Sevyan (ABŞ), Rauf Məmmədov – Yevgeni Nayer (Rusiya), Eltac Səfərli –Çaba Baloq (Macarıstan), Qədir Hüseynov – Maksim Matlakov (Rusiya) partiyaları hələ davam edir.