- Köhnə - İdman
- 27 Oktyabr 2012 17:47
- 2 972
UEFA hansı qərarı dəyişdi?

Çempionlar Liqası və Avroliqanın pley-off mərhələsinin püşkünün
vaxtını dəyişib. AzNews.az xəbər verir ki, bu barədə UEFA qərar
verib. "Köhnə qitə"nin ali futbol təşkilatı dekabrın 14-ə planlaşdırdığı
püşkatmanı 6 gün sonraya ertələyib. Səbəb açıqlanmır. Tədbir UEFA-
nın Nyondakı mənzil-qərargahında baş tutacaq.
Qeyd edək ki, Çempionlar Liqasının finalı gələn il mayın 25-də
Londonun məşhur "Uembli" stadionunda keçiriləcək. Ondan 10 gün
əvvəl isə Avroliqanın finalçıları Amsterdamda "Amsterdam Arena"da
qarşılaşacaqlar.
AzNews.az