Boksçularımız Lənkəranda

Milli komandamız Bakıda keçiriləcək tələbələr arasında dünya çempionatına hazırlaşırlar. Boks Federasiyasından AzNews.az-a verilən məlumata görə, rinq ustalarımız hazırda Lənkəranda – Cənub Regional Boks Mərkəzində təlim-məşq toplanışındadır.

Məşqçilər Nəriman Abdullayev və İlham Alimzanovun rəhbərliyi ilə hazırlığa 19 idmançı cəlb olunub. Onların arasında olimpiya oyunlarının bürünc medalçısı Teymur Məmmədov (91 kq) və Avropa çempionu Salman Əlizadə (49 kq) kimi titullu boksçular da var. London olimpiadasının iştirakçılarından yığmaya Heybətulla Hacəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) cəlb ediliblər.

Təlim məşq toplanışında iştirak edən digər boksçular bunlardır: Sərxan Babayev (49 kq), Cavid Çələbiyev (52 kq), İlkin Ağayev, Samir Məmmədov, Rəhim Nəcəfov (hər üçün - 56 kq), Elvin İsayev (60 kq), Kamran Baxşəliyev (hər ikisi - 60 kq), Elnur Əliyev, Salman İbrahimov (64 kq), Tamerlan Abdullayev, İsmət Eynullayev, Emil Əhmədov (69 kq), Yolçu Zeynalov (75 kq), Kamran Mehdiyev (91 kq) və Fərid Şabanov (+91kq).

Qeyd edək ki, tələbələr arasında dünya çempionatında hər ölkədən 1 çəkidə yalnız 1 idmançı iştirak edə bilər. Demək, 14-18 noyabrda Bakı İdman Sarayında təşkil olunacaq yarışda 10 boksçumuz rinqə çıxacaq.

AzNews.az