“O dövrdə işğaldan azad olunan ərazilərdə bayraqların qaldırılmasını, hərbiçilərimizin Ali Baş Komandana raport verməsini Azərbaycan xalqı ayaqda alqışlayırdı” “O dövrdə işğaldan azad olunan ərazilərdə bayraqların qaldırılmasını, hərbiçilərimizin Ali Baş Komandana raport verməsini Azərbaycan xalqı ayaqda alqışlayırdı”

“Bağlanmış düyünü Azərbaycan öz əli ilə kəsdi” – Bədrəddin Quliyev

“O dövrdə işğaldan azad olunan ərazilərdə bayraqların qaldırılmasını, hərbiçilərimizin Ali Baş Komandana raport verməsini Azərbaycan xalqı ayaqda alqışlayırdı”

27 sentyabr İkinci Qarabağ müharibəsinin başlamasından bir il ötür. Azərbaycan Respublikasının Prezidentinin 2 dekabr 2020-ci il sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.

Mövzu ilə bağlı Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev AzNews.az analitik-informasiya portalına müsahibə verib.

- Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Bu günün tarixi əhəmiyyəti, Azərbaycan cəmiyyəti üçün rolu nədən ibarət oldu?

- 27 sentyabr Azərbaycan cəmiyyətində , tarixində dönüşün başladığı gündür. Bu gün Azərbaycanın igid oğullarının vətən uğrunda mübarizə aparıb şəhid olması ilə bərabər həm də bizim qəhrəmanlıq günümüzdür. Çünki 1988-ci ildən bu günə qədər biz bu günləri gözləmişik. Vaxt olub ki, bu məsələlərin həll olunmasına balans siyasəti adı altında maneələr yaradılıb. ATƏT-in Minsk Qrupu hərdən bizə nağılar danışırdı. Ancaq belə bir fonda biz mübarizə aparmışıq. Tovuz hadisələrindən , Azərbaycanın ərazilərinin işğal edilməsi məsələsi ortalığa çıxandan sonra Azərbaycan xalqı və Azərbaycan Ali Baş Komandanı müttəfiqləri ilə bu məsələləri müzakirə etdi. BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq dövlətin öz suveren hüquqlarını müdafiə etmək və özünü təcavüzkardan qorumaq haqqını əsas götürərək bu müharibə başladı. Vəhşi xalq torpaqlarımızı necə dağıdıb və biz bu düşmənçiliyin necə qarşısını almışıq. BMT- nin Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı qətnamələrinin heç biri nəzərə alınmayıb. Fakt ondan ibarətdir ki, Azərbaycan öz gücü ilə BMT qətnamələrini müttəfiqlərinin dəstəyi ilə hüquqi baxımdan həyata keçiridi. Bizim üçün şanlı dövr ondan ibarət idi ki, 4 oktyabrda Cəbrayılın, 17 oktyabrda Füzulinin , 20 oktyabrda Zəngilanın, 25 oktyabrda Qubadlının , 8 noyabrda Şuşanın azad olunması apardığımız mübarizənin pik nöqtəsi oldu. Çünki Qarabağ xanlığının əsası Şuşada qoyulub. Qarabağın əsas taleyi, ən böyük strateji yeridir. Dövlət başçısı da qeyd etdi ki, bizim qələbəmiz Şuşasız yarımçıq qalardı. 10 noyabrdan başlayaraq Azərbaycan vaxt verdi ki, Laçından, Kəlbəcərdən, Ağdamadan erməni qoşunları çıxsın . Qarabağ məsələsini biz özümüz həll etmişik. Bu prosesdən sonra növbəti mərhələdə kommunikasiya xətlərinin açılması, delimitasiya demarkasiya məsələsinin həlli sülh müqaviləsinin imzalanması gözlənilirdi. İnfrastruktur qurmaqla , hava yolları tikməklə qısa zamanda işğaldan azad edilən ərazilərdə bərpa işləri başladıq. Az zamanda böyük nəticələr əldə etdiyimiz göz önündədir. Gorus-Qafqan yolunda olmağımız , gələcəkdə digər ərazilərimizdə də nəzarəti ələ keçirəcəyimizi bildirir.

- 44 gün davam edən İkinci Qarabağ müharibəsini və post-müharibə dövründə baş verən prosesləri necə xarakterizə etmək olar?

- 44 günlük Qarabağ müharibəsi dövrü hər gün Ali Baş Komandanın yeni zəfərlərlə hadisələrlə bağlı xəbərlərini gözləyirdik. Həmin günlər gözləyirdi ki, prezident tvit paylaşacaq. Bu dönəmdə millətimizin birliyi ortaya qoyuldu. Bayraktarlarımızla, dronlarımızla yeni texnoloji güclə Azərbaycan ordusunun, müttəfiqlərinin mənəvi dəstəyi ilə birgə bizə qarşı olanlara gücümüzü göstərdik. O dövrdə hər gün işğaldan azad olunan ərazilərdə bayraqların qaldırılmasını , hərbiçilərimizin Ali Baş Komandana raport verməsini Azərbaycan xalqı ayaqda alqışlayırdı. Bu millətimizə qürur verirdi. Torpaqlarımızın işğaldan azad olunması cəmiyyətimiz üçün yeni ümid idi. Bu proseslərin getməyi cəmiyyətimizin daha da güclənməsi demək idi. Milli kimliyimizə, milli varlığımıza bizə qarşı olan təhdidlərə boyun əymədiyimizi göstərdi. Məğrur xalq olaraq bütün problemlərin üzərinə getdiyimizi göstərdi. İndi hamı Azərbaycan və Türkiyənin yaratdığı reallıqlarla barışmağa məcburdur. 44 günlük İkinci Qarabağ müharibəsi bütün xalqımızı birləşdirdi. Yenidən Azərbaycan türkünün güclü bir dövlət kimi formalaşmış millət kimi ortaya çıxardı. Qələbə Azərbaycan vətəndaşının bayrağı dövləti ilə fəxr etməsinə gətirib çıxardı. Müharibədə 3000 artıq şəhidimiz oldu. Allah həmin şəhidlərimizə rəhmət eləsin. Onlar sevdikləri vətən üçün torpaq üçün bu missiyanı həyata keçirdilər. Sevdikləri, əzizləri üçün özlərini qurban verdilər. Qoy vətənimizin bayrağı ucada olsun. Qoy onu sevənlər daha da rahat yaşasın. Bu gün böyükdən kiçiyə hamı şəhidlərimizin ruhu qarşısında baş əyir. Bu anım günündə şəhidlərinizi anırıq. Hər bir şəhidimizlə qurur duyuruq ki, sizin apardığınız mübarizənin nəticəsində biz bu gün qələbəni dadmışıq. Sizin apardığınız amallar uğrunda şəhid olduğunuz torpaqlarda yenidən məskunlaşama gedir. Yenidən ora abadlaşdırılır. Yeni tikililər tikilir, yollar çəkilir. Sizin ruhunuz şəhid olduğunuz torpadadır. Şəhid olduğunuz torpaq heç vaxt sizi unutmayacaq. Qələbəni daddırdığınız üçün Allah sizə qəni-qəni rəhmət eləsin. Vətən sizi heç vaxt unutmayacaq.

- Azərbaycan öz gücü və müttəfiqlərinin dəstəyi ilə Qarabağda zəfər qazandı. Bu müddət ərzində Azərbaycanın dəstəkçiləri ilə birgə əldə etdiyi üstünlükləri, əldə etdiyi uğurları necə dəyərləndirmək olar?

-Azərbaycan bu müddət ərzində ciddi geopolitik və strateji üstünlüklər əldə etdi. Azərbaycanın dəstəklədiyi Çindən Pekinə qədər uzanan “Bir kəmər bir yol” layihəsi ticari baxımında geniş imkanlar yaradacaq. Yeni dünya düzənində Çindən başlayaraq Londona gedən Zəngəzur kolidorundan keçəcək. Prezident BMT səviyyəsində çıxış edərkən Zəngəzur faktını ortaya qoyursa, Zəngəzur dünyanın dərk etdiyi reallığa çevrilib. Yeni ticarət yolları, yeni kommunikasiyaların açılması bizim əsas məqsədlərimizdəndir. Fakt ondan ibarətdir ki yollar açılır əlaqələr genişlənir. Geopolitik baxımından Azərbaycan güc mərkəzinə çevrilir. Çinin ən güclü müttəfiqlərindən olan Pakistan Azərbaycanın, Türkiyənin yanındadır. Üç qardaş kimi bir yerdə mübarizə aparırıq. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Eyni zamanda Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ilk üçtərəfli toplantısının nəticəsində qəbul olunan “Bakı Bəyannaməsi” müdafiə, nəqliyyat, enerji, təhsil, turizm və rabitə sahələrində ölkələrarası münasibətlərin dərinləşməsini nəzərdə tutur. Bunlar regionda ciddi rol oynanaycaq. Türkiyə Azərbaycan dostluğu bütün türk dövlətləri, türk birlikləri üçün örnəkdir. Çünki bu proseslərin açarı Azərbaycandır. Bağlanmış düyünu Azərbaycan öz əli ilə kəsdi. Bu gündən hər şey strateji baxımdan Azərbaycanın diktəsinə , istəyinə uyğun olacaq. Bölgədə yeni güc yeni proseslər ortaya çıxacaq. Azərbaycan faktoru tək Qarabağla yox bölgənin, Cənubi Qafqazın taleyi ilə də bağlı olacaq. Cənubi Qafqazda ,Türkiyə üzərindən qərblə münasibətlərin güclənməsi, yeni kommunikasiya xəttlərinin açılması Azərbaycan üçün geniş perspektivlərə yol açacaq. Azərbaycanla hesablaşmadan bölgədə inkişafdan söhbət gedə bilməz. Bu Azərbaycan türkünün özünə güvənməyini gətirib çıxaracaq. Bu hissləri nəsildən – nəsilə ötürmək bizim borcumuzdur.

-Müttəfiqlərimizin güclü dəstəyini gördüyümüz kimi qələbəmizi həzm edə bilməyənlər , ölkənin ərazi bütovlüyünə qarşı təxribat törədənlər də oldu. Region ölkələri bu prosesdə öz mövqeylərini necə göstərdilər?

-Biz istəyirdik ki, 10 noyabr müqaviləsi əsasən Rusiyanın vasitəçiliyi ilə qalan məsələlər tez həll olunsun. Sülhməramlılar öz misiyalarını yerinə yetirsin. Ancaq görünür ki, onlar buna maraqlı deyillər. İran erməni separatçılarının silahlandırdı. Azərbaycan ərazisinə daxil olan İran maşınlarının sənəddə “Armenia Stepanakerket” adlandırılması bizi incidir. Bunlar qonşuluq prinspinə tamam ziddir. Fakt onu göstərir ki, neçə illərdir Azərbaycanın işğal altında olan torpaqlarının dağıdılmasında , yağmalanmasında İran fars rejminin də böyük rolu var. Təəssüf ki, istər Rusiya, istərsə də İran bu bölgədə proseslərin tez bir zamanda həlli istiqamətində addımların atılmasını istəmirlər.

- Qeyd etdiyiniz Azərbaycanın yarımıçıq qalan məsələlərin həlli istiqamətində hansı addımların atılması gözlənilir?

- 29 sentyabr Putin və Ərdoğan görüşündən sonra Cənubi Qafqazdakı proseslərin , yarımçıq qalmış işimizlə , sülhməramlılar, kommunikasiya xətlərinin açılması , delimitasiya və demarkasiya, sülh sazişinə gedilməsi ilə bağlı məsələr müzakirə olunacaq. Yeni bir güc fonunda Azərbaycan öz ərazi bütövlüyünü həll etməklə bağlı ciddi addımlar atacaq. Yəqin ki, Ədoğan və Putinlə görüşdə bu məsələlərə baxılacaq Ya bu məsələlər hüquqi müstəvidə öz həllini tapacaq ya da razılıq olmasa Azərbaycan öz yarımçıq işini davam etdirəcək. Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçməsi onu göstərdiki bütün təzyiqlərə hazırıq. Bölgədə baş verəcək proseslərin fərqindəyik. Bizim ərazimizdə heç kəs bizə qarşı təxribat edə bilməz. Biz əvvəlki Azərbaycan deyilik , qalib Azərbaycanıq. Humanizm nöqteyi baxımıdan məsələlərə yanaşırıq ancaq fakt odur ki , istər Rusiya istərsə də İran Azərbaycanın bu humanistliyindən istifadə edir. Yəqin ki, danışıqlardan sonra konkret cavablar olacaq. Azərbaycan öz ərazi bütövlüyünü milli təhlükəsizlik konsepsiyasına uyğun BMT-nın 51-ci nizamnaməsinə əsasən təmin edəcək. Yarımçıq qalan işini davam etdirib ərazi bütövlüyünü bərpa edəcək. Bu istiqamətdə Azərbaycan xalqı, ordusu , Ali Baş Komandanı ilə birlikdədir. Azərbaycanın müttəfiqləri ilə birgə atacağı addımların qarşısına heç kim çıxa bilməz. Tanrı Azərbaycanı qorusun!

Şəbnəm Zahir