- İşin içi
- 10 İyul 13:19
- 1 115
Azərbaycanda haqsız rəqabətə dair müraciətlər 70 % azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda təsərrüfat subyektlərinin hökmran mövqedən sui-istifadə etməklə rəqabəti məhdudlaşdırması halları ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 25 müraciət daxil olub.
Bu barədə AzNews.az agentliyə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69,5 % azdır.
Azalma bazar subyektləri ilə apardığı silsilə maarifləndirici tədbirlər, eləcə də müvafiq sahədə dövlət tənzimlənməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi ilə bağlıdır.
AzNews.az