Ağdamda gənclər üçün məşğulluq və karyera mövzusunda maarifləndirici seminar keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurda gənclərin məşğulluğuna dəsək" layihəsi çərçivəsində növbəti maarifləndirici seminar Ağdam rayonunda keçirilib.

25 nəfər rayon gəncinin, eləcədə Ağdam rayon icra hakimiyyəti, rayon gənclər və idman sektoru və digər aidiyyətli yerli qurum təmsilçilərinin iştirakı ilə təşkil olunan seminarı layihənin rəhbəri, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova açıq elan etdi və layihə və tədbir haqqında geniş məlumat verib. Sonra qonaqlar çıxış edərək, layihənin və maarifləndirici tədbirlərin bütövlükdə region üçün xüsusi əhəmiyyətini qeyd edərək, Ağdam gənclərinin karyera və məşğulluq sahəsində bilik, bacarıq və təcrübələrinin artırılması və regionda gənclərin məşğulluq və karyera inkişafı sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün bu seminarın stimul yaradacagını bildiriblər.

Sonra layihənin ekspert-təlimçisi, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli geniş və əhatəli slayd təqdimatlarla mövzu üzrə gənclərə karyera və məşğulluğa dair ətraflı bilgi və informasiyalar çatdırıb. İnteraktiv keçən seminarda gəncləri maraqlandıran sualları cavablandıran A.Əsgərli region gənclərinə iş axtarışı və karyera inkişafı üzrə də geniş məsləhətlər verib. İştirakçılara məşğulluq və karyeraya dair əyani vəsait olaraq ekspert tərəfindən hazrlanan kitabça paylanılıb və onların rəy və fikirlərini öyrənmək və seminarın qiymətləndirilməsi üçün sorğu keçirilib.

AzNews.az

image description image description image description image description image description image description